
İsa Həbibbəylinin oğlu ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət İsa oğlu Həbibbəylinin ölkədən çıxışının qarşısı alınıb.
Bu haqda Hürriyyət.az-a etibarlı qaynaqlardan məlumat verilib.
Bildirilir ki, Səhət Həbibbəyli bir neçə gün əvvəl səhhətində yaranmış problemlə əlaqədar ölkəni tərk etmək istəyib. Lakin sərhəddə ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb.
Mənbə deyir ki, sabiq Komitə sədri sərhədçilərə yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini və xaricdə müalicəyə ehtiyacı olduğunu bildirsə də, "ölkədə müalicə alması üçün səhiyyəmizin yetərli imkanlara malik olduğu" onun diqqətinə çatıdırılıb.
Qeyd edək ki, S.Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, AMEA-nın keçmiş prezidenti, akademik İsa Həbibbəylinin oğludur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın