İsmayıllı rayonunun icra başçısı kəndlərə gedir

İsmayıllı rayonunun icra başçısı kəndlərə gedir – İşıq, qaz, içməli su və suvarma suyu…

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı rayonun kəndlərində görüşlər keçirir, sakinlərlə söhbət aparır.

Faktinfo.az  xəbər verir ki, RİH-nin başçısı Mirdamət Sadıqov qrafikə uyğun olaraq İsmayıllı rayonun kəndlərində görüşlər keçirir, insanlarla söhbət aparır, işıq, qaz, su, suvarma suyu və digər məsələlərlə maraqlanır.

Rayon rəhbərliyi dağ kəndlərinə gedən  avtomobil yollarına dair problemləri də maksimum şəkildə diqqətdə saxlayır, istifadəyə verilmiş yollar barəsində əhalini məlumatlandırır.

Son 10 gündə ona yaxın  kənddə görüşlər təşkil edən rayon rəhbərliyi ötən həftə rayonun Buynuz, Sumağallı, İstisu, Qalacıq kəndlərində də  olub. Qalacıq kəndində mavi qaz çəkilişi və istifadəyə verilməsindən sonrakı vəziyyətlə tanış olub, kənddə yüksək sürətli internet çəkilişinin vəzyəti ilə maraqlanıb.

Qeyd edək ki, Qalacıq kəndi İsmayıllı rayonunun ucqar kəndlərindən hesab olunur. Qışda kənddə qarın hündürlüyü 50 sm-ə çatır, qar kənddə və ətraf dağlarda 4 ayla ərimir. Qış fəslində rayonun mərkəzində 5-6 dərəcə temperatur olduğu halda, Qalacıqda mənfi 3-4 dərəcə şaxta olur, istiliyə tələbat digər yerlərlə müqayisədə 5 dəfə artır.

Hazırda kənddə mavi qaz problemi həllini tapıb,çayın üstündən kəndə girişi təmin edən körpü yenisi ilə əvəzlənib,digər bir sıra  məsələlərin həll olunması gündəlikdə saxlanılır.

Lətafət Orucqızı

Faktinfo.az

İsmayıllı rayonunun icra başçısı kəndlərə gedir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər