İspaniyada bir gündə 1 500 nəfər koronavirusa yoluxub

İspaniyada bir gündə 1 500 nəfər koronavirusa yoluxub 

İspaniyada COVİD-19 virusuna yoluxanların sayı son 24 saat ərzində 36 faiz artaraq 5 753 nəfərə çatıb.

Səhiyyə, İstehlakçılıq, Sosial Rifah Nazirliyinin açıqlamasına görə, ölkədə koronavirusdan 136 nəfər ölüb, 517 nəfər sağalıb.

Yoluxanların 2 940 nəfəri Madrid muxtariyyatının payına düşür.

Bu gün hökumət fövqəladə vəziyyət elan etməyi nəzərdə tutur. Baş nazir Pedro Sançez çıxışında yeni tədbirləri bəyan edəcək.

Xatırladaq ki, İspaniyada koronavirusa ilk yoluxma halı bu il yanvar ayının 31-də qeydə alınıb və İtaliyada yayılması ilə yoluxanların sayı kəskin artmağa başlayıb. Hazırda ölkədə təhsil müəssisələrilə yanaşı iaşə, əyləncə, idman müəsssisələrinin də fəaliyyəti dayandırılıb./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi