İsrail türk S-400-lərinin fotolarını yaydı

İsrail türk S-400-lərinin fotolarını yaydı 

İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” (İSİ) Türkiyənin S-400 HHM sistemlərinə aid olduğu iddia edilən görüntüləri yayımlayıb.

Şirkətin Tvitter hesabından paylaşılan şəkillərdə Rusiyadan yaxın vaxtlarda Türkiyəyə gətirilən S-400 hissələrinin ilk dəfə görüldüyü vurğulanıb.

İSİ sistemin işlək vəziyyətdə olduğunu və Ankarada yerləşdirildiyini qeyd edib. Görüntülərdəki hissələrin radarlar və buraxılış qurğuları olduğu bildirilib./Axar.az


Qeyd edək ki, Türkiyə bundan öncə verdiyi açıqlamada S-400-ləri heç də gizlətmədiyini açıqlamışdı.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi