İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir

İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir 

İsrail ABŞ-ın xahişindən sonra Ukraynaya hərbi yardımı genişləndirməyi düşünür.

Report.az-ın  məlumatına görə, bu barədə Axios portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verir.

Qeyd olunub ki, ötən həftə İsrail Müdafiə Nazirliyi hərbi-siyasi büronun rəhbəri Dror Şalomu ABŞ rəsmiləri ilə Ukraynaya silah göndərilməsini müzakirə etmək üçün Almaniyadakı Ramşteyn aviabazasına göndərib.

“Bayden administrasiyası israillilərə açıq şəkildə bildirib ki, ABŞ onların Rusiya ilə bağlı çətin vəziyyətini başa düşür və onların Ukraynaya yardım baxımından indiyə qədər etdiklərini yüksək qiymətləndirir, lakin onların hərbi texnologiya təmin etməkdə daha çox şey edə biləcəklərinə ümid edir.

İsrailin yüksək rütbəli rəsmisi deyib ki, İsrail hökuməti Ukraynaya hərbi yardımını artırmağı düşünür və çox güman ki, müharibə davam etdikcə bunu edəcək. Amma rəsmi şəxs vurğulayıb ki, İsrail yalnız ölümcül olmayan hərbi texnika verəcək”-deyə, məlumatda deyilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi