İsrailin iki diplomatını öldürən şəxs saxlanıldı

İsrailin iki diplomatını öldürən şəxs saxlanıldı 

İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

Həmçinin İsrailin BMT-dəki səfiri Denni Danon özünün X sosial media səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

***

Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin 2 əməkdaşına atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bu barədə “Associated Press” (AP) agentliyi yazıb.

Bildirilib ki, Vaşinqton polis rəisi Pamela Smitin sözlərinə görə, həlak olan diplomatlar kişi və qadın olub.

Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb.

P.Smit bildirib ki, şəxs saxlanılan zaman "Azad Fələstin!" şüarı səsləndiririb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Vaşinqtondakı atışmanı antisemitizmə əsaslanan akt adlandırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi