"İsrailin Qəzzanı idarə etməsinə icazə verə bilmərik"–

"İsrailin Qəzzanı idarə etməsinə icazə verə bilmərik"– Blinken

"Vaşinqton Qəzza zolağının idarə edilməsinin müvəqqəti olaraq Yaxın Şərqdəki bəzi dövlətlərin və beynəlxalq təşkilatların iştirakı ilə həyata keçiriləcəyini istisna etmir".

Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrində deyib.

“Biz HƏMAS-ın Qəzzanı idarə etməsinə və ya nəzarət etməsinə icazə verə bilmərik. Biz, həmçinin İsrailin Qəzzanı idarə etməsinə və ya nəzarət etməsinə icazə verə bilmərik. Baxmayaraq ki, tərəflər bunu istəmir”, - ABŞ dövlət katibi deyib.

Blinkenin sözlərinə görə, Qəzza zolağının idarə olunması üçün bir çox variant var:

“İstər ABŞ, istərsə də digər ölkələr bunu yaxından öyrənir”.

“Ancaq zaman keçdikcə, Qəzzanı idarə etmək və təhlükəsizliyini təmin etmək üçün yenilənmiş Fələstin Administrasiyasının mövcudluğu daha məntiqli və daha təsirli olardı”, - Blinken deyib.

“Eyni zamanda, anlamaq lazımdır ki, bir addımla buna nail olmaq mümkündür yoxsa-yox? Əgər bu mümkün deyilsə, o zaman regionun bir sıra ölkələrinin, həmçinin, beynəlxalq təşkilatlarının iştirakı ilə Qəzzada təhlükəsizliyə və idarəetməyə kömək edəcək başqa müvəqqəti həll yolları var”, - Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, ABŞ son nəticədə İsrail və Fələstinin birgə yaşaması üçün “iki xalq üçün iki dövlət” konsepsiyasının həyata keçirilməsinə tərəfdardır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi