İvanovoda qızlardan biri Putinə evlənməyi təklif edib

İvanovoda qızlardan biri Putinə evlənməyi təklif edib – “Mənlə evlənin...”

Poliklinika ilə tanışlıqdan sonra şəhər sakinləri ilə söhbət edən zaman, bir qız Putinə onu almağı təklif edib (RİA Novosti).Dövlət başçısı buraya uşaq poliklinikası ilə tanış olmaq üçün gəlib, şəhər sakinləri ilə söhbətləşib.

«Mənlə evlənin!» - deyə, qızlardan biri qışqırıb.

Putin bir qədər çətin vəziyyətə düşüb. Onlar bir neçə kəlmə kəsiblər, qız isə Putinə təşəkkür edib.

Bir qədər sonra, ictimaiyyət nümayəndələri ilə görüş zamanı Putin danışıb ki, İvanovaya işçi səfəri zamanı kəbinə girməyi ona təklif ediblər.

«Belə trivial şeylərdən danışmaq istəmirəm, ancaq bundan qaçmaq mümkün deyil. İvanovo şəhərini həmişə gəlinlər şəhəri adlandırıblar və bu gün mən də burada uyğun təklif aldım. Mənə elə gəlir ki, kameralar işləyib» - Putin bildirib.

Prezident qeyd edib ki, ona evlənməyi təklif edən qız indi bütün ölkə boyu məşhur olacaq./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi