IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı

IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı 

Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

DİM-dən verilən məlumata görə, ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2021-ci il 2,3,9,10,16,17 iyun tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək. Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

 

Tarix
Şəhər (rayon)
 
02.06.2021
Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,
Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı
 
03.06.2021
 
Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,
Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul
 
 
09.06.2021
 
Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,
Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad
 
 
10.06.2021
 
Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,
Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar
 
 
16.06.2021
 
Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,
Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan
 
 
17.06.2021
 
Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),
Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala
*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri

 

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

 

Qeyd 2: Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

 

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi