Kamil Zeynallı: “Gənclərin 50 faizi narkotik vasitələrdən istifadə edirlər"

Kamil Zeynallı: “Gənclərin 50 faizi narkotik vasitələrdən istifadə edirlər" 

Tanınmış idmançı Kamil Zeynallının bir müddət əvvəl “patı” yaxud “şüşə” adlandırılan narkotiklərlə bağlı sosial şəbəkədə paylaşımı böyük rezonans doğurdu.

Qısa zaman ərzində Kamilin paylaşımında izləyiciləri “patı” satanların ünvanlarını açıqladı və onlarla mübarizəyə dəstək verdi.

Faktinfo.az xəbər verir ki,mövzu ilə bağlı Yenisabah.az-a danışan idmançı qeyd edib ki, "narkotikə qarşı daha sərt və cəmiyyət miqyasında mübarizə aparmaq lazımdır"-deyib

“Patı”, “kakos” mövzusunu ölkədə gündəmə mən gətirdim. Nə qədər gənc qızların, yeniyetmələrin bu bəladan məhv olduğunu eşidirdim, izləyicilərim bu haqda mənə yazırdı. Və sonda vəziyyətin həqiqətən ciddi olduğunu görüb, bunu sosial şəbəkələrdə işıqlandırdım ki, ölkəmizi sözügedən bəladan birgə xilas edək. Bunu bizə şərəfsiz, mənfur düşmənlərimizin əli ilə göndərirlər. Onlar döyüş zamanı bizim gənclərimizə məğlub oldular. Düzdür, döyüşdən əvvəl də ölkəmizə narkotik maddələri hər hansı yolla göndərirdilər, lakin döyüşdən sonra sayı daha da artdı”.

O, ölkəyə gizli yollarla gətirilən narkotik vasitələrin mənfur düşmənimizin əli ilə göndərildiyini bildirib:

“Dünən eşitdiyim məlumata görə, “patı” və digər narkotik vasitələr əvvəllər Zəngilanda hazırlanırmış, torpaqlarımız işğaldan azad olunduqdan sonra isə onları Xandəndində hazırlayırlar. Hazırlayıb İran maşınlarına doldururlar, onlar həmin vasitələri İrana aparır, oradan da bizim ölkəmizə hansısa yolla ötürürlər. Bununla bizim gənclərin ruhunu sındırmaq istəyirlər. Döyüş vaxtı gənclərin qarşısında aciz qalan şərəfsizlər indi bu yolla onları “sındırmaq” istəyirlər”.

K.Zeynallının sözlərinə görə, narkotiklə mübarizə aparmaq üçün hazırda hüquq-mühafizə orqanları ortaya ciddi mövqe qoyublar və bu yolda vətəndaşlar da öz köməyini əsirgəməməlidir:

“Gənclərin demək olar ki, 50 faizi bu narkotik vasitələrdən istifadə edirlər. Ona görə də mübarizəni birgə aparmalıyıq. Bu yolda polisə dəstək olmalıyıq, nəsə görürüksə, polisə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat verməliyik. Bunları polisə deməklə biz öz övladlarımızı, gələcəyimizi qoruyuruq. Kim ki, bu haqda nəsə bilib məlumat vermirsə, ölkəyə, onun gələcəyinə zərər vermiş insanlardan biri də o olur. 


Valideynlərdən də çox şey asılıdır,onlar nəzarət etməlidir, bilməlidirlər ki, övladları kiminlə oturub-durur, hara gedib-gəlir. Övladlarının halında hər hansı dəyişiklik gördülərsə, mütləq oturub onlarla söhbət etməli, yeri gəlsə, lap güdməlidirlər də. Paylaşımlarımdan sonra müsbət yönə dəyişiklik əlbəttə ki, hiss edilir. Gündə neçə rayonda “Patı Əməliyyatı” keçirilir, bu günə qədər bəlkə 500-ə yaxın “patı” satan şəxs yaxalanıb. Hələ də davam edir. Vilayət Eyvazovun bu yöndə xüsusi göstərişi var və poliş əməkdaşlarının da vəzifə borcudur ki, bunu yerinə yetirsinlər. Onlar bizim asayişimizi necə qoruyurlarsa, eləcə də gənclərimizi qorumalıdırlar. İnşallah, vəziyyət daha yaxşı olacaq" .

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi