Yevlaxda idarəetmədən çıxan avtomobil qəzaya uğradı

Yevlaxda idarəetmədən çıxan avtomobil qəzaya uğradı 

Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.

Faktinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Əkşəm kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan "Hyundai" markalı avtomobilin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Vüsal Bəliyar oğlu Bəşirli ətrafdakıların köməyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Kəllə-beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər