Keçmiş xanımını təqib eləmək üçün tunel qazdı,gülüş hədəfinə çevrildi

Keçmiş xanımını təqib eləmək üçün tunel qazdı,gülüş hədəfinə çevrildi 

50 yaşlı bir kişi Meksikada gülüş hədəfinə çevrilib.

Məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşının həndəvərinə getməsi qadağan edilən kişi onu təqib eləmək üçün tunel qazmağa başlayıb.

Sonra əyalətinin prokurorluğu bildirib ki, ailə daxilində şiddət və dözülməz qısqanclıq səbəbindən məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşından uzaqlaşdırılan kişi eks-xanımının evinin altına doğru qazdığı tuneldə günlərlə vaxt keçirib və sonda sıxışaraq oradan çıxa bilməyib.

Onun keçmiş həyat yoldaşı, Puetro Penasko qəsəbəsində yaşayan Qriselda Santillan polisə ifadəsində əvvəlcə evinin arxasından eşitdiyi qəribə səslərin pişik səsi olduğunu güman elədiyini söyləyib. Lakin səslər gün-gündən çoxaldığı üçün o, qonşuları da çağıraraq baxçada səsin mənbəyini axtarmağa başlayıb. Qriselda tuneldə sıxışıb qalmış 14 illik keçmiş həyat yoldaşının imdad dilədiyini eşidib.

Polis barəsində çıxarılan uzaqlaşdırma qərarını pozmuş şəxsi həbs eləməzdən əvvəl, ona xəstəxanada yardım göstərilib./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi