Kənd Təsərrüfatı təyinatlı subsidiyalardan narazılıq artıb-

Kənd Təsərrüfatı təyinatlı subsidiyalardan narazılıq artıb- Deputat

“Subsidiya ilə əlaqədar dövlət böyük işlər görür, vəsait ayrılır.

 Lakin böyük narazılıqlar var. Təəssüf ki, bəzi məmurlar burda oyunlarla məşğuldurlar. Məndə olan məlumatlara görə, ən çox Xızı rayonunda problemlər mövcuddur. Bu nə oyunlardır, başa düşə bilmirəm. Dövlət Aqrar İnkişaf Mərkəzi fermerləri incidir, hansısa sxemlər qurub, işlər görmək istəyirlər. Hesablama Palatasına müraciət etdim ki, bununla ciddi məşğul olsunlar, tədbir görsünlər. Şəmkir, Neftçala rayonlarında da belə problemlər var. Bu yaxınlarda Lənkəranda fermerlərlə görüş keçirəcəyəm, bu məsələni qaldıracağam. Mənim üçün maraqlıdır, başqa hansı rayonlarda belə problemlər yaranır? Bu işlə məşğul olan məmurlar başa düşməlidirlər ki, hansısa ağlabatmayan sxemlər, insanları incitmək, onları get-gələ salmaq olmaz. Buna birmənalı qadağa qoyulub”.

 

Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, vətəndaşlarla dil tapıb, işləmək, onlara maksimum kömək etmək lazımdır: “Qida təhlükəsizliyi həyata keçiririk. Çalışacağıq ki, kənd təsərrüfatının inkişaf tempi iki dəfədən çox artsın. Artıq 5-7% bizi qane etmir. Kənd təsərrüfatı ilbəil 20%-ə qədər artmalı, keyfiyyətində müsbət dəyişikliklər olmalıdır. Kənd təsərrüfatı məhsullarında inflyasiyanın qarşısını daha çox bununla almaq olar”.

 

R.Quliyev deyib ki, torpaqların elektron formada qeydiyyatdan keçirilməsi bağlı da problemlər var: “İşləyən fermerlər bir-iki il bundan əvvəl subsidiyalar alıblar, amma nədənsə indi böyük problemlərlə üzləşirlər. Nəyə görə? Niyə özbaşınalıqdır? Bununla bağlı Milli Məclisin plenar iclasında da çıxış edəcəyəm. Digər deputat həmkarlarım da bu barədə narazılıq edirlər.

Od olmasa, tüstü çıxmaz. Hökumət bununla ciddi məşğul olacaq, qarşısı alınmalıdır. Başqa rayonlarla bağlı belə kəskin məlumatlar yoxdur. Bu, o deməkdir ki, bir çox rayonda iş həyata keçirilir, insanlar razıdırlar. Biz bütün fermerlərə, sahibkarlara yaşıl işıq yandırmalıyıq. Onlar rahat işləməli, əkin-biçin işlərini görə bilməlidirlər.Hansısa beş-on məmur marağına görə prosesin qarşısını ala bilməz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi