K.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib

K.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib - FOTOLAR

24 saylı Nizami birinci seçki dairəsindən Milli Məclisin deputatı Könül Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib.

Faktinfo.az xəbər verir ki,hesabat dövründə deputat qərargahına ümumilikdə 193 vətəndaş müraciəti daxil olub. Səyyar görüşlərdə 294 sakin iştirak edib. Eyni zamanda 15-i səyyar, 11-i online olmaqla ümumilikdə 26 qəbulda 423 nəfər sakin dinlənilib. Bütün müraciətlərə diqqət ayrılıb, aidiyyəti üzrə yönləndirilib. Maddi yardım, tibbi müayinə və müalicəyə köməklik xahişləri ilə bağlı edilmiş müraciətlərin (78 nəfər) 87%-i müsbət həll edilib.

Bu müddətdə cəmiyyətin həssas təbəqəsi olan, Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrini narahat edən əksər məsələlər də həllini tapıb. Belə ki, ümumilikdə fərdi müraciətlər əsasında 78 nəfərə müxtəlif məbləğli birdəfəlik maddi yardımlar edilib. Deputat qərargahından verilən məlumata görə, yardımlar müxtəlif şirkət, iş adamları, dostların dəstəyi ilə formalaşıb.

Hesabat dövründə millət vəkili ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə də münasibət bildirib. Bu müddətdə deputatın beynəlxalq mətbuatda – 11 resursda 14 məqaləsi dərc olunub. Yerli mətbuatda ümumilikdə 3179 resursda 236 məqalə və açıqlama ilə çıxış edən K.Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. Belə ki, deputat il ərzində sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk dillərində 3558 paylaşım edib.

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, eyni zamanda Türkiyə, İtaliya, Yunanıstan, İsveçrə, Böyük Britaniya, Yaponiya, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi bir çox tədbir və görüşlərdə iştirak edib.

Hesabat dövründə deputatın AŞPA-dakı fəaliyyəti də səmərəli olub. Qurumun qış və yay plenar sessiyalarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edən K.Nurullayeva sessiyalar çərçivəsində keçirilən komitə iclaslarında ümumilikdə 7 aktual mövzu üzrə çıxış edib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə də fəallıq nümayiş etdirən və çıxışlar edən deputat, həmçinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti və Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti olaraq, idman sahəsində keçirilən müxtəlif  tədbirlərə də qatılıb.

İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi 2025-ci ildə Ər-Riyadda keçiriləcək oyunlara hazırlıq işləri ilə tanışlıq məqsədilə Səudiyyə Ərəbistanına, eyni zamanda 54-cü Ümumdünya Atletika Konqresi ilə əlaqədar Macarıstana, Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransı ilə bağlı Vyetnama səfər edib.

Milli Məclisdə fəaliyyətə gəlincə, hesabat dövründə deputat ümumilikdə 10-dan çox qanun layihəsi və ya dövlət qurumlarının hesabatlarına dair, eləcə də ictimai dinləmələrdə çıxış edib, təkliflərini səsləndirib.

Bu müddətdə K.Nurullayevanın fəaliyyətində bir çox yeniliklər də baş verib. Belə ki, deputat AŞPA-nın Gender bərabərliyi alt-komitəsinin iclasında sədr müavini, "Azərbaycan Atletika Federasiyası" İB-nin növbədənkənar hesabat-seçki konfransı zamanı qurumun vitse-prezidenti seçilib.

K.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edibK.Nurullayeva 2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi