K.Nurullayeva: “Azərbaycan azad olunmuş ərazilərdə qarşıya qoyduğu bütün hədəfləri reallaşdırır”

K.Nurullayeva: “Azərbaycan azad olunmuş ərazilərdə qarşıya qoyduğu bütün hədəfləri reallaşdırır” 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qarşıya qoyduğumuz bütün hədəfləri reallaşdırırıq.

Ali Baş Komandanın söylədiyi kimi, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri zamanı yeni müəssisələrin təməli qoyuldu. Bu, dövlət başçızımızn Ağdama 3-cü səfəri idi. Hər yeni səfər zamanı bu ərazilərə yeni nəfəs, yeni inkişaf gəldiyini görürük.
Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərək, onları Ağdama, o cümlədən digər azad olunmuş ərazilərimizə dəvət etdi. Bu ərazilərə yatırılan hər yeni investisiya yeni iş yeri, yeni inkişaf deməkdir. Bu gün Qarabağa, Şərqi Zəngəzura qoyulan sərmayə yaxın gələcəkdə bütövlükdə ölkəmizin inkişafına qoyulan sərmayə olacaq.

Bütün azad olunmuş ərazilərdə müasir standartlara uyğun infrastruktur qurulmaqdadır. Təsadüfi deyil ki, azad edilmiş torpaqlarda qurulan yarımstansiyaların sayı 9-a çatıb. Qaz xətlərinin çəkilişi layihəsi işlənir, içməli su ilə təminat, yol-nəqliyyat infrastrukturu – avtomobil və dəmir yolu tamamilə yenidən qurulur və s. Bu, yeni yaradılan müəssisələrin daha səmərəli fəaliyyətini təmin edəcək. Eyni zamanda yeni Mərkəzi Xəstəxananın təməli qoyulub, minə yaxın şagirdin təhsil alacağı məktəb inşa olunmaqdadır. Altı evdən ibarət yaşayış kompleksi iki ilə inşa ediləcək.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü,deputat Könül Nurullayeva bildirib.

Deputat onu da bildirib ki,190 hektar ərazidə qurulacaq Sənaye Parkı Ağdamı ən inkişaf etmiş şəhərlərdən birinə çevirəcək. Burada sənayenin inkişafı təmin olunacaq, ənənəvi sahələr bərpa olunacaq. Şəhərin gələcək inkişafı ilə bağlı əsas plan yaşayış binalarının inşası, iş yerlərinin açılmasıdır. Yəni, buraya geri qayıdacaq insanlar işlə təmin olunmalıdırlar. Bu istiqamətdə də addımlar atılır.Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də əlverişli imkanlar yaradır. İndiki məqamda hər birimiz bərpa prosesinə töhfə verməliyik. Xüsusilə sahibkarlar Qarabağa, Şərqi Zəngəzura sərmayə yatırmaqla uzunmüddətli inkişafa töhfə verməlidirlər.

Ağdam başda olmaqla bütün azad olunmuş ərazilərmizidə mədəni-dini abidələrin bərpası da davam edir. May ayında Ağdam Cümə məscidinin bərpasına başlanacaq. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bu işləri öz imkanları hesabına görən Heydər Əliyev Fondu hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsini verir. Biz öz tarixi torpaqlarımıza qayıtmaqla bu əraziləri regionun inkişaf etmiş bölgəsinə çevirməkdəyik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi