K.Nurullayeva: “Əqli qüsurlu şəxslərin öz ailələrinə və ya icma əsaslı evlərə köçürülməsi böyük əhəmiyyət daşıyır”

K.Nurullayeva: “Əqli qüsurlu şəxslərin öz ailələrinə və ya icma əsaslı evlərə köçürülməsi böyük əhəmiyyət daşıyır” 

Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası Parlament Assambleyasının plenar iclasında “Əlilliyi olan şəxslərin deinstitusionalizasiyası” mövzusunda çıxış edərək təklif və fikirlərini bölüşüb.

 Millət vəkili çıxışı zamanı bildirib ki, deinstitusionalizasiya prosesi – əqli qüsurlu şəxslərin psixiatrik xəstəxanalar kimi müəssisələrdən öz ailələrinə və ya icma əsaslı evlərə köçürülməsi böyük əhəmiyyət daşıyır. O, həmçinin bu qəbildən olan uzunmüddətli siyasətləri icra edərkən diqqətli planlama aparmağın vacibliyindən danışıb, əks halda evsizlik, marjinallaşma və reinstitusionalizasiya kimi problemlərin qaçılmaz olduğunu ifadə edib.

Könül Nurullayeva daha sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nın icrası çərçivəsində 2014-cü ildən həyata keçirilən bir sıra uğurlu layihələr barədə iclas iştirakçılarını məlumatlandırıb. Çıxışının sonunda bu məsələnin həll olunması istiqamətində tövsiyələrini irəli sürən millət vəkili xüsusilə qeyd edib ki, psixo-maarifləndirici proqramların təşkil olunması və psixi sağlamlıq qruplarının yaradılması olduqca önəmlidir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi