Könül Nurullayeva 15 Mart #AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “#Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclasında təkliflərini irəli sürüb

Könül Nurullayeva 15 Mart #AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “#Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclasında təkliflərini irəli sürüb 

Əziz həmvətənlərim,

15 Mart #AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “#Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclası baş tutdu.

Tədbirin budəfəki gündəliyinə qadınların siyasi qərarvermədə, sülh prosesində rolunun artırılması, qadın və uşaqlara qarşı zorakılıq hallarının həll yolları, cəmiyyətlərdə sosial qeyri-bərabərliklərin aradan qaldırılması kimi məsələlər daxil edilmişdir.

Mən də sonuncu mövzu üzrə fikirlərimi komitənin diqqətinə yazılı şəkildə çatdırdım, sosial əsaslar üzərində yaşanan qeyri-bərabərlik hallarının aradan qaldırılması üçün icra mexanizminin gücləndirilməsi, BƏT ilə sıx əməkdaşlığın inkişafı, cəmiyyətin müxtəlif təbəqələri və ictimai fəallar tərəfindən maarifləndirmə kampaniyasının həyata keçirilməsi müstəvisində təkliflərimi irəli sürdüm.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi