Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Qeyd edək  ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ailə-məişət problemindən əziyyət çəkən vətəndaşa dəstəyin göstərilməsi, işlə təmin olunma, əmək pensiyası almaqla bağlı vətəndaşın yaşadığı çətinlik, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. 

Millət vəkilinin qərargahından Faktinfo.az saytınaverilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribKönül Nurullayeva növbəti vətəndaş qəbulunu keçiribKönül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi