Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"

Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir" - FOTO

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva da iştirak edib.

Faktinfo.az xəbər verir ki, o, tədbirdə çıxış edərək qadınların ictimai həyatda rolu, dövlətimizin qadın siyasəti, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında fikirlərini bölüşüb. 

Deputat bildirib ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. “Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır” deyən deputat qeyd edib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycan qadını mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.”  

Könül Nurullayeva öz həyat və fəaliyyət təcrübəsindən də bəhs edərək, motivasiya verən məqamları da paylaşıb.Layihənin rəhbəri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək layihənin məqsədi barədə danışıb. Bildirilib ki, əsas məqsəd cəmiyyətin inkişafında qadınların rolunu artırmaq, onların uğur hekayələrini geniş ictimaiyyətə çatdırmaq və cəmiyyətdə qadın həmrəyliyini gücləndirməkdir.

Tədbirdə Şamaxı rayonundan olan fəal qadınlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Görüş zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, qadınların ictimai və sosial həyatda daha fəal iştirakının təşviq olunması istiqamətində təkliflər dinlənilib.

Faktinfo.az

Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"Könül Nurullayeva:"Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi