Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”

Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir” - FOTO

Milli Məclisin deputatı K.Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olmuş müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Faktinfo.az xəbər verir ki, millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, sözügedən vətəndaş qəbuluna şəhid ailələri və qazilər tərəfindən xeyli müraciət daxil olub.

Qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, torpaq-əmlak məsələləri, bina infrastrukturların bərpası, müvafiq qurumlardan şikayətlər və səhiyyə sistemində baş verən müəyyən problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər yer alıb. Şəhid ailələrini və qaziləri narahat edən ən mühüm məsələ isə məşğulluq problemi olaraq qiymətləndirilib. “Əlillik dərəcəsi əldə edə bilməyən qazilərimizin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı müraciətləri də aktuallığı qoruyub saxlamaqdadır” deyə deputat K.Nurullayeva rəsmi sosial şəbəkə hesabında qeyd edib.
Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat K. Nurullayeva vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi