Korçay Qoruğu rəhbərinin əcaib ÜSULİ-TƏDBİRİ... - İDDİA

Korçay Qoruğu rəhbərinin əcaib ÜSULİ-TƏDBİRİ... - İDDİA 

Keçən günlərdə Korçay Dövlət Təbiət Qoruğunda baş verən özbaşınalıqlarla bağlı məlumatları diqqətinizə təqdim etmişdik.

Korçay Qoruğunda RƏSMİ ÖZBAŞINALIQ - MÜRACİƏT

DİA.AZ bildirir ki, bununla bağlı yeni informasiyalar yayılıb.

Belə ki, yayılan xəbərlərə görə, bir müddət öncə Korçay Dövlət qoruğunda kı, heyvanların yeganə su mənbəyinin olduğu gölü oranın direktoru Yusif Kazımov tərəfindən balıqçılıq məqsədilə satıb və sonra onu qurutdurduğu barədə xəbərlərdən o qədər narahat olub ki, özünəməxsus şəkildə tədbir görmək fikrinə düşüb.

İddialara görə, məsələ ictimailəşəndən sonra, oranın direktoru Yusif Kazımov şikayətçilərə minnətçi göndərir və zəng elətdirir ki, göl məsələsindən danışmasınlar. Yəni bu söhbəti bağlalasınlar...

Çox maraqlı tədbir üsuludur. Hər halda, ETSN rəhbərliyi artıq bu faktla tanışdır və ümid edirik ki, tədbir görəcək. Kimsə bu barədə danışsa da, danışmasa da...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi