Koronavirusu xəbərlərinin fonunda neftin qiyməti bu həftə 5 dollar azalıb

Koronavirusu xəbərlərinin fonunda neftin qiyməti bu həftə 5 dollar azalıb -

“Qara qızıl”ın qiyməti ötən ilin may ayından bəri ən böyük həftəlik itkisinə yönəlib.

Faktinfo.az Azərtac istinadən xəbər verir ki, ABŞ-da ehtiyatların gözlənilməz dərəcədə azalmasına baxmayaraq, neftin qiyməti Çində yayılan koronavirusun tədarükün bol olduğu bir şəraitdə tələbata aşağı istiqamətli təsir edəcəyi ilə bağlı narahatlıqlar fonunda keçən ilin may ayından indiyədək ən böyük həftəlik itkisinə yönəlib. Belə ki, həftə ərzində neftin qiymətində 5 dollar/barrel azalma müşahidə olunub.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 61,16 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara satılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi