“Körpü Bina Tikinti” MMC Göyçayın torpağını qanunsuz daşıyır

“Körpü Bina Tikinti” MMC Göyçayın torpağını qanunsuz daşıyır –Nazirlikdən açıqlama

Göyçay rayonunda süxur qarışığının qanunsuz daşınması faktı aşkarlanıb.

ETSN xəbər verir ki, Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı nazirliyə daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub: “Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.

Qeyd edək ki,“Körpü Bina Tikinti” MMC geniş əlaqələrə sahib olan iş adamı Xəlil Göyüşova məxsusdur.O,Dövlət Dəmir Yolları Qapalı Səhmidar Cəmiyyətinin sədri Cavid Qurbanovun da yaxın dostudur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi