Kosmetik vasitələr virus daşıyıcısı ola bilər

Kosmetik vasitələr virus daşıyıcısı ola bilər 

Göz qələmi və dodaq boyası yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.

Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin, uşaq infeksion xəstəliklər kafedrasının rəhbəri, professor Mehmed Ceyhan bildirib.


Professor bu riskin xüsusilə qadın gözəllik salonlarında daha yüksək olduğunu deyib. Onun sözlərinə görə, bu cür mərkəzlərdə kosmetik vasitələr sterilizə edilmədən bir neçə nəfərdə istifadə edilir. Bu da xəstəliyin yayılma səbəbləri arasında ilk sıralarda yer alır. Misal üçün, bir göz qələminin 4-5 saat ərzində bir neçə müştəri üzərində istifadəsi yoluxma riskini artırır. Bunun əsas səbəbi isə artıq hamımıza bəlli olduğu kimi, virusun əşyalar üzərində bir neçə saat canlı qalmasıdır.


Professor bunun qarşısının alınması üçün hər xanımın özünə məxsus gözəllik vasitəsindən istifadə etməsini məsləhət görüb./Azertac

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi