Kremldə təcili iclas: Putin "Oreşnik"lə zərbə əmri verəcək

Kremldə təcili iclas: Putin "Oreşnik"lə zərbə əmri verəcək 

Ukraynanın Rusiyanın hərbi aerodromlarına kütləvi hücumu səbəbindən Kremldə təcili iclas çağırılıb.

Bu barədə Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, iclasda Ukraynaya qarşı “Oreşnik” raket kompleksindən istifadə ilə bağlı qərar qəbul olunacaq.

“Vladimir Putinin Ukraynanın dinc sakinlərinə xəbərdarlıq müraciəti edəcəyi istisna deyil”, - məlumatda bildirilib.

Qeyd edək ki, hazırda Ukrayna Rusiyanın ən azı 5 şəhərindəki 5 aerodroma PUA hücumları edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi