Kriminal aləmdə “Emil 444″ ləqəbi ilə tanınan şəxs qətlə yetirilib

Kriminal aləmdə “Emil 444″ ləqəbi ilə tanınan şəxs qətlə yetirilib – VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə “Emil 444″ ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi