“Kurtlar Vadisi” yenidən çəkiləcək –

“Kurtlar Vadisi” yenidən çəkiləcək – KİV

Türkiyədə bir dövrə damğasını vuran “Kurtlar Vadisi” serialı yeni seriyaları ilə tamaşaçıların görüşünə hazırlaşır.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, serial yeni adı və aktyor heyəti ilə rəqəmsal platformada yayımlanacaq.

Yeni adı “Kurtlar Vadisi Kaos” olan serialın Acun Ilıcalının sahibi olduğu “Exxen” kanalında yayımlanacağı iddia edilir.

Serialın baş rol ifaçılarından olan Necati Şaşmaz yeni serialda da “Polat Alemdar” obrazı ilə çəkiləcək. Yayım tarixi hələ müəyyən edilməyən “Kurtlar Vadisi Kaos”un aktyor heyətində Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi aktyorlar olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi