Laçının icra başçısı çətin durumda - Gizli səs yazısı yayıldı...

Laçının icra başçısı çətin durumda - Gizli səs yazısı yayıldı... 

Reportyor.tv-nin redaksiyasına Laçın rayonundan sensassion səs yazısı daxil olub.

Laçın rayon icra başçısı Aqil Nəzərli qaynatası Vaqif Cabbarovu intiharına səbəb olan Baxəşovlar ailəsinə minnətçi salıb.
Öncəliklə onu qeyd edək ki, M. Baxışov intihar etməmişdən bir qədər əvvəl məktubunda icra başçısını sosial şəbəkələrdə tənqid etdiyinə görə icra başçısı və adamları tərəfindən təhdid olunduğunu yazıb.

Baxışovlar ailəsi müqabilin intihar etməsinin günahını icra başçısı- Aqil Nəzərlifə görürlər. Ona görə də onlar icra başçısının cəzalandırılmasını ölkə başçısınadan və aidiyyəti orqanlardan tələb edirlər.
Lakin Aqil Nəzərli ittihamları qəbul etmir və Müqabil Baxışovun intiharı ilə heç bir əlaqəsinin olmadığını bildirir.
Hazırda isə Reportyor.Tv-yə göndərilən səs yazısında Aqil Nəzərlinin qaynatası Vaqif Cabbarovu Baxışovlar ailəsinə minnətçi saldığı açıq şəkildə ehtiva olunur.
Həmin səs yazısında Aqil Nəzərlinin qaynatası Müqabil Baxışovun qardaşına zəng edərək barışıq əldə etmələrini və şikayətlərin dayandırılmasını israrla bildirir. Hətta Vaqif Cabbarov Baxışovlar ailəsinə nəyi, necə istəsəniz, nə desəniz onuda edəcəklərini vurğulayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi