Le Monde: Türkiyə Odessanı xilas etdi

Le Monde: Türkiyə Odessanı xilas etdi 

Türkiyə müharibənin dördüncü günündə boğazları bütün döyüş gəmilərinin üzünə bağlamaqla “boğazların qoruyucusu” kimi çıxış etməsəydi, Rusiya bölgəyə əlavə donanma qüvvələri göndərə bilərdi.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, əlavə donanma qüvvələri Ukraynanın Mariupol, Çerniqov və ya Xarkov şəhərlərini məhvə məhkum edərdi.

“Türkiyə niyə Qara dənizdəki münaqişənin hakimi oldu?” başlıqlı xəbərdə Ankaranın Moskva və Kiyevlə imtiyazlı əlaqələrinin gücü ilə özünü münaqişənin əsas vasitəçisi kimi göstərdiyi və xüsusilə iki düşərgə arasında iki danışıqlar sessiyasına ev sahibliyi etdiyi vurğulanıb.

Xəbərdə fikirləri yer alan ukraynalı diplomat Odessanın Ankara sayəsində xilas edildiyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi