Lənkəranda əməliyyat: Başçı Bakıya çağırıldı

Lənkəranda əməliyyat: Başçı Bakıya çağırıldı 

Lənkəranda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən biri İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Elgün Abdullayevlə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb.

Faktinfo.az Modern.az-a istinadən xəbər verir ki, icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir.

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hələlik açıqlama verilməyib.

İcra Hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə ilə əlaqə saxlasaq da, onlar əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Onu da bildirək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi