Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib

Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib - FOTOLAR

Müəssisədə qurulumuş süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.

 Brifinqdə penitensiar sistemdə aparılan islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğısının və diqqətinin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb.

 Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə adaptasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verdiyi bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.

 Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir, istifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.


Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilibLənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilibLənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilibLənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilibLənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilibLənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi