Lirə dollara qarşı Yanvar ayında biraz da dəyər qazana bilər

Lirə dollara qarşı Yanvar ayında biraz da dəyər qazana bilər 

Türkiyənin ixrac gəlirinin Cumhuriyyət tarixində ən yüksək səviyəyə çatması lirənin dollara qarşı kəskin ucuzlaşa biləcəyi ehtimalını azaldıb.

Faktinfo.az xəbər verir ki, bəzi Türkiyəli maliyyəçilər lirənin yanvar ayında dollara qarşı biraz da dəyər qazanma ehtimalının yüksək olduğunu irəli sürüblər,bir neçə aydan sonra isə lirənin sabit şəkildə öz mövqeyini qoruya biləcəyini vurğulayıblar.

 Qeyd edək ki,2021-ci ildə Türkiyənin ixrac gəliri 2020-ci illə müqayisədə 39,2% artaraq rekord həddə - 225,4 milyard ABŞ dollarına çatıb.Bu rəqəmin 2021-ci ildə Türkiyənin ixrac gəlirinin Cumhuriyyət tarixində ən yüksək  olduğu təsdiqlənib.

Dövlət başçısı 2022-ci ildə ixrac gəlirini 250 milyard dolara çatdırmağı, həmçinin 5 faizlik iqtisadi artım hədəflədiklərini də deyib, ötən il xarici ticarət dövriyyəsin mühüm qisminin lirə ilə gerçəkləşdiyini diqqətə çatdırıb.Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, milli valyuta ilə xarici ticarət dövriyyəsinin dəyəri 183 milyard lirəyə çatıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi