
Liviyada gərginlik: Rusiya istehsalı helikopter vuruldu
Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr tərəfindən Misurata şəhəri yaxınlığında qiyamçı Xəlifə Haftar ordusuna aid Rusiya istehsalı Mi-35 hərbi helikopteri vurulub.
Bu barədə Milli Razılıq Hökumətinin sözçüsü Məhəmməd Kununu bildirib.
O qeyd edib ki, hökumət qüvvələri tərəfindən, eyni zamanda, qiyamçıların Çin istehsalı 2 pilotsuz uçan aparatı da (PUA) məhv edilib:
“Vurulan helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb”.
Digər tərəfdən, Liviyada hökumətə bağlı “Qəzab vulkanı” əməliyyat qərargahının yaydığı məlumata görə, Haftarın muzdlu əsgərləri Əbu-Kureyn bölgəsinə hücum edib:
“Hücumun qarşısı alınıb və Haftarın 35 muzdlu əsgəri zərərsizləşdirilib. Həmçinin, çoxlu sayda hərbçi əsir götürülüb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın