LOTU QULİ ÖLDÜRÜLDÜ

LOTU QULİ ÖLDÜRÜLDÜ 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

O, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə KİV-ləri Nadir Səlifovun öldürülməsinin bəzi təfərrüatlarını yayıb. “Habertürk” bildirir ki, o, Antalyanın Serik rayonundakı otellərdən birində birlikdə yemək yediyi şəxs tərəfindən başından güllələnib. Ətrafdakılar təcili yardım çağırıb, təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da bütün müdaxilələrə baxmayaraq keçinib.

Hadisə yerindən qaçan şəxsin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb. Son məlumata görə “Lotu Quli”ni güllələyən şəxs Antalya-Denizli yolunda növbə çəkən polislər tərəfindən saxlanılıb. “Lotu Quli”ni güllələyən şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi