Mahir Abbaszadənin fotosu müzakirələrə səbəb oldu

Mahir Abbaszadənin fotosu müzakirələrə səbəb oldu - FOTO

Deputat Mahir Abbaszadə ilə bağlı olan bu foto diqqət çəkib.

32gun.az xəbər verir ki, seçilər əllərində M.Abbaszadənin şəkli əks olunmuş plakatlarla deputatı qarşılayıb. Bu da kamera ilə lentə alındıqdan sonra paylaşılıb.

 

Maraqlıdır ki, seçicilər dairə üzrə deputatlığa namizəd olan şəxslərlə görüşdükdə ya kiçik bukletləri əllərində tuturlar, ya da əliboş öz namizədlərini gözləyirlər.

 

Ancaq nə vaxt çəkildiyi bizə dəqiq məlum olmayan bu fotoda M.Abbaszadə deyəsən özünü prezidentliyə namizəd kimi qarşıladır.

 

Daha çox prezidentlə görüşlərdə, Dövlət tədbirlərində ölkə başçısının və ümummilli liderin plakatlarının olduğunu görmüşük. Təbii ki, doğru olan da budur.

 

Bəs nəyə görə deputat Mahir Abbaszadə bu cür qarşılanma yolu seçir?!

Mahir Abbaszadənin fotosu müzakirələrə səbəb oldu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi