Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi –Səlahiyyət və əmlakları Mərkəzi Banka verildi

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi –Səlahiyyət və əmlakları Mərkəzi Banka verildi 

Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi