MAQATE açıqlama verdi: “İran zənginləşdirilmiş uran əldə edir”

MAQATE açıqlama verdi: “İran zənginləşdirilmiş uran əldə edir” 

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi bildirib ki, ölkəsi tezliklə zənginləşdirilmiş uran metal istehsal edəcək və bu addım barədə Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarətinə məlumat verilib.

Kazem Qaribabadi bu açıqlamanı çərşənbə axşamı günü verib və əlavə edib ki, 20%-ə qədər zənginləşdirilmiş uran silisit təbəqəsi Tehranda tədqiqat reaktoru üçün yanacaq olaraq istifadə ediləcək.

K.Qaribabadi, “Təbii uranla bağlı bu mövzuda araşdırma və çalışma təxminən üç ay əvvəl başladı. Yeni prosesdə, 20% zənginləşdirilmiş urandan istifadə edilərək yeni yanacaq plitəsi istehsal ediləcək”dedi.

"Bu addım radiofarmaseptik məhsul istehsalının keyfiyyətini və kəmiyyətini mühüm dərəcədə yaxşılaşdıracaq və İranı nüvə texnologiyası sahəsində lider ölkələrdən biri halına gətirəcək", diplomat bəyan edib.

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi eləcə də vurğulayıb ki,  Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Tehranın bu addımı barədə 9 gün əvvəl məlumat verilib və bundan dərhal sonra müvafiq əməliyyatlar başlayıb.

Qaribabadi, silisit təbəqəni yalnız bir neçə ölkənin nail olduğu nüvə yanacağının müasir növü kimi təsvir etmişdir.

MAQATE-nin çərşənbə axşamı verdiyi açıqlamada bildirildi ki, İran yerli reaktorda yanacaq kimi 20% zənginləşdirilmiş urandan (U-235) istifadə etmək niyyətindədir.

“Bu gün İran Agentliyə məlumat verdi ki, UO2 (uran oksidi) -20%-ə qədər zənginləşdirilmiş U-235, İsfahandakı zavodun elmi-tədqiqat laboratoriyasına göndəriləcək və öncə UF4-ə (uran tetraflorid), daha sonra uran metalına çevriləcək. Onu yanacaq istehsalı üçün istifadə etməzdən əvvəl 20% U-235-ə qədər zənginləşdirildi”, deyən MAQATE təmsilçisi, bu müddətin çox mərhələli tədbir olacağını da söylədi.

“MAQATE İranın 20% -ə qədər zənginləşdirilmiş uran metalının istehsalına keçdiyini bildirir. ABŞ da öz növbəsində D.Trampın maksimum təzyiq siyasətini davam etdirir. Bu “dolaşıq vəziyyətdən” çıxmağın yeganə yolu gecikmədən Vyana danışıqlarının bərpası və BHFP-nın tam bərpasıdır”, deyə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bir tvitində yazdı.

Digər tərəfdən, 3 Avropa ölkəsi-İngiltərə, Fransa və Almaniyanın etdiyi açıqlamada, İranın reaktor yanacağı üçün 20%-ə qədər zənginləşdirilmiş uran istehsalına dair qərarından "ciddi narahatlıq" ifadə edərək, "İranı Birgə Hərtərəfli Fəaliyyət Planı” təşkilatının normalarını pozaraq etdiyi bütün fəaliyyətləri təxirə salmadan dayandırmağa və təcili Vyanadakı danışıqlara qayıtmağa şiddətlə çağırırıq" dedi.

Amerika Birləşmiş Ştatları da İrana “nüvə balansı” dediyi şeyi dayandırması barədə xəbərdarlıq etdi və Tehranı “real danışıqlar üçün Vyanaya qayıtmağa” çağırdı.

Tehran isə nüvə zənginləşdirilməsi tədbirlərini ləğv etməzdən əvvəl bütün sanksiyaların qaldırılmasını tələb edir. Amma İranın danışıqlardan istifadə edib sanksiyaların qaldırılmasına nail olmaq istəyini, sanksiyaları ləğvindən sonra nüvə silahına sahib olmayacağına heç kim zəmanət verə bilməz.

 

Hazırladı: Ülviyyə Şükürova

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi