Səhər Orucovanın işdən çıxardılması ilə bağlı məhkəmə prosesi davam edir

Səhər Orucovanın işdən çıxardılması ilə bağlı məhkəmə prosesi davam edir 

Filologiya üzrə elmlər doktoru,professor Səhər Orucova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru tərəfindən işdən çıxardılmasını qanunsuz hesab edib,məhkəməyə verib.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə,Səhər Orucova bülletendə olduğu tarixdə işdən çıxardılıb.Hazırda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin bir müddət əvvəl işdən çıxardılmış direktoru ilə bağlı məhkəmə prosesi davam edir.

Qeyd edək ki,bir müddət əvvəl Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində bir sıra yeni rəhbər təyinatlar həyata keçirilib.Hicran Əyyubova kollecə 3 aylıq müvəqqəti direktor, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Onu da xatırladaq ki, Hicran Əyyubova 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin olunub və son təyinatadək həmin vəzifəni icra edib.Həmin müddət ərzində Hicran Əyyubova tərəfindən işdən çıxardılmış müəllimlərdən bir neçəsi məhkəməyə üz tutub,onlardan biri haqqında  məhkəmə işə bərpa qərarı çıxardıb.Digər müəllimlərin işlərinə bərpa olunmaları üçün proses məhkəmədə davam edir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi