“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib

“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib - FOTOLAR

8 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında Türk ədəbiyyatının böyük şairlərindən olan Məhməd Akif Ərsoyun “Seçmə şeirlər” kitabının təqdimatı və Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medallarının təqdimetmə mərasimi keçirilib.

Faktinfo.az-a  verilən məlumatda bildirilir ki,qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Milli Kitabxana ilə TÜRKSOY təşkilatının 15 il qarşılıqlı şəkildə əməkdaşlıq etdiyini, görkəmli şəxslərin yaradıcılığı ilə bağlı tədbirlər həyata keçirdiyini qeyd edib. O, Məhməd Akif Ərsoyun kitabının Azərbaycan dilinə ilk dəfə tərcümə olunduğunu, kitabın şairin yaradıcılığının daha çox tanınmasına zəmin yaradacağını bildirib.

TÜRKSOY-un baş katibi Sultan Rayev Məhməd Akif Ərsoyu bir millətin ruhunda dərin izlər buraxan şairlərdən biri olduğunu, türk dünyasının milli şairləri arasında yer aldığını vurğulayıb. Həmçinin natiq Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü il Türk Dünyasında Məhməd Akif Ərsoy ili elan edildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov çıxışında TÜRKSOY-un 30 illik yubileyini əlamətdar hadisə kimi qeyd edib. O, TÜRKSOY-un fərqli coğrafiyalarda yaşayan lakin eyni soykökündən gələn türk xalqları üçün önəmli işlər gördüyünü vurğulayıb. Həmçinin, nazir müavini Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və ilk dəfə keçirilən Türk dünyası mədəniyyət formu haqqında danışıb.

Xalq şairi Anar, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Əməkdar elm xadimi Qəzənfər Paşayev iştirak edərək çıxışlarında təqdimatı keçirilən kitabın şairin zəngin dilini, dərin düşüncəsini, duyğu dərinliyini ehtiva edən, türk millətinin tarixini, mədəniyyətini, ruhunu əks etdirən mühüm sənəd olduğunu, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin sürətlə inkişaf etdiyini, Məhməd Akif Ərsoyun İslam şairi, Vətən şairi olduğunu bildiriblər.

Sonda TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medallarının təqdimetmə mərasimi keçirilib

“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi