Mehriban Əliyeva:

Mehriban Əliyeva: Portretə ştrixlər

Bu gün Mehriban xanım Əliyeva üçün sıradan bir gün deyil.

Biz də onun bu sevincli günündə öz düşüncələrimizi oxucularımızla bölüşmək istəyirik:

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  haqqında, onun gördüyü işlərdən indiyədək yetərincə xoş sözlər deyilib, fikirlər səsləndirilib. Məqsədimiz deyilənləri təkrar etmək, yaxud da deyilənlərə nəyisə əlavə etmək deyil.

Çalışacağıq ki, bu yazıda digər kontekslərdən: Azərbaycan qadını və dünya, Azərbaycan qadını və müasirlik, Azərbaycan qadını və dünyada yürüdülən siyasət, Azərbaycan qadını və elm, Azərbaycan qadını və nümunəvi  təmsilçilik və sair məsələlərə yanaşma tərzi ilə öz düşündüklərimizi çatdıraq.

Əslində qısqanc, sərt və amansız şərqdə bir qadın olaraq, boy verib görsənmək asan məsələ deyil. Nə qədər özümüzə təsəlli versək də, şərqin bir ayrılmaz hissəsi olaraq, bizdə də qadına bir etimadsızlıq sindromu hələ də qalmaqdadır. Təbii ki, buna səbəb kimi yüz cür qane edən və ya qane etməyən misal tapıb göstərmək olar.Fikrimizcə,  bu etimadsızlığın ləğvi üçün qadınlarımız da özünü göstərməli, ictimai-siyasi həyatımızdakı, bütün sferalardakı yerlərini genişləndirməli, aktiv şəkildə yaradıcılıq, iş görmək potensiallarını ortaya qoymalı, bir sözlə, cəmiyyəti özlərinə inandırmağı bacarmalı, şüurlardakı tipik şərq qadını obrazını yenisi ilə əvəzləməlidirlər.Eynilə Mehriban xanım Əliyeva kimi. 

O, azərbaycanlıdır, şərqə məxsus bütün adət və ənənələrin daşıyıcısıdır. Bununla bərabər, müasir həyata uyğun  balans yarada bilən, cəmiyyətə xas qayda-qanunları pozmadan müasirləşən, hətta bəzi hallarda ondan bir addım öndə gedən azərbaycanlı qadındır, anadır, xanımdır.

Mehriban xanım Əliyevanın heç bir jesti, heç bir addımı yeni görünmək xatirinə gerçəkləşmir, hər zaman təbiiliyini qoruyur. O, dünyanın hər bir nöqtəsində olduğu kimi görünməyi bacarır. Yaxın və uzaq xarici ölkələ səfərlərdə Azərbaycan qadınını öz timsalında ləyaqətlə təmsil edə bilir. O, sünilikdən uzaq, müasir dünya dərkinə bütün parametrləriylə uyğun gələn Azərbaycan xanımıdır.

Müasirlik təkcə həyat və məişət tərzinin yeni qaydalarla nizamlanması deyil. Belə deyək ki, təkcə geyimimizi dəyişməklə biz Avropa, eləcə də ABŞ tərəfindən alqışlanan deyilik. Biz dünyada gedən proseslərə küll halında qoşularaq ağlımız və onun əməli sübutu olan işimizlə fərqlənə, aparıcı qüvvələrin tərəf müqabilinə çevrilə bilərik. Fərdlər və cinslər arasında fərq qoymayan Azərbaycanı dünya müstəvisində ağıllı insanların ölkəsi kimi təqdim etmək baxımından, Mehriban xanım Əliyevanın əməli işləri yüzlərlə insanın görmədiyi, yaxud görə bilmədiyi iş baxımından dünyanın diqqətini özünə çəkə biləcək qədərdir. O, müasir parametrdə “aslanın erkəyi, dişisi olmaz” misalına öz ağlı, səliqəli və nizamlı hərəkətləri ilə cavab verə bilən, bütün hallarda zərifliyini itirməyən Azərbaycan qadınıdır.

Dünya böyük mərhəmətə, məhəbbətə layiqdir, inancından və irqindən asılı olmayaraq insanlara nəvazişlə yanaşmaq, onların ağrılarına, problemlərinə şərik olmaq bir mütləqlikdir. Bu baxımdan Mehriban xanım Əliyevanın uşaqlara, gənclərə, yaşlı nəslin nümayəndələrinə göstərdiyi münasibət, diqqət bir nümunə olaraq, onun tərəfindən yeni bir ənənənin təməlinin qoyulmasıdır.

TARİXƏ HÖRMƏT,DÜNƏNİNİ UNUTMAMAQ BU GÜN DAHA VACİBDİR

Biz təkcə Tomris, Nigar, Həcər kimi xanımlarla təsəlli taparaq, dünyanın içindən keçib getməməliyik. Diqtələr için yaşayan bu narahat dünyamızda onları əvəz edə biləcək xanımlarımız varmı, sualına cavab olaraq, təkcə elə Mehriban xanım Əliyevanı göstərmək məncə yetərlidir. O, ağıl qılıncına söykənən, idrak silahını kəsərdən düşməyə qoymayan Azərbaycan qadınıdır.

ELM, ELM VƏ YENƏ DƏ ELM

"Elmi beşikdən qəbirədək oxumaq” kəlamını bizə öyrədən, səmavi kitab “Quran”ın yaradıcısı Məhəmməd Peyğəmbərin  bu fikrini reallaşdırmaq bu gün üçün daha çox vacibdir. Ən azı ona görə ki, bu gün dünyamız elmin üstündə köklənən yeni bir texniki əsri yaşamaqdadır. Azərbaycan təkcə maddi sərvətləri ilə deyil, eləcə də ağıllı, intellektual, yaradıcı, yenilikçi, ixtiraçı vətəndaşları ilə dünya xəritəsində öz yerini möhkəmləndirməlidir. İmarətlər tikdirməkdən çox məktəblər tikdirmək, elmi mərkəzlər yaratmaq, istedadlı şəxslərə arxa duraraq, onları sivil dünyanın aparıcı qüvvəsinə çevirməyin əhəmiyyəti hamıya gün kimi aydındır. Bu gün tikilən hər hansı elm, tədris və təlim ocağı əslində həm də gələcəyin təfəkkür adamlarını yetişdirəcək ocaqlardır. Mehriban xanım Əliyeva əslində bir səlahiyyət sahibi kimi diqqəti cəlb edən digər nələrsə  tikdirə bilərdi. Onun məhz daha çox elm, təhsil ocaqlarının tikilməsinə üstünlük verməsi birmənalı olaraq, sabahkı nəslin maarifləndirilməsinin qayğısına qalmaqdırBütün bunlar bir daha subut edir ki,o, hər şeydən daha çox elmin, maariflənməyin tərəfda kimi çıxış edən Azərbaycan xanımıdır.

Güzəştsiz mövqe tutaraq, lazım biləndə yox, vacib olan məqamlarda hadisələrə kəskin mövqe bildirmək, tutduğun mövqe ilə digərlərini razılaşdırmaq ictimai-siyasi proseslərdə iştirak edən hər bir kəsdə tələb olunan, arzu edilən bir xarakterik davranışa çevrilməlidir. Bu, Azərbaycan üçün bu gün daha çox lazımdır. Unutmaq olmaz ki, bizim ərazilərimiz hələ də işğal altındadır və əhatə dairəmiz daha çox bizi sevməyənlərdən ibarətdir. Əraziləri işğal edilmiş bir ölkənin qadınlarının buna münasibəti necədir, nə düşünür, hansı məqamı onlar məqbul sayırlar? Bax bu anlarda ali kürsülərdən səslənən qətiyyətli səs məhz Mehriban xanım Əliyevaya da  məxsus olub. O, öz torpağını doğrudan da sevən, onun bir qarışını belə güzəştə gedə bilməyəcək qədər sərt olduğunu dünyaya elan edən Azərbaycan qadınıdır.

Siyasətdə olan təkcə türkdilli, şərqli xanımlar sırasında yox, bütövlükdə dünyada tanınan xanım siyasilər içində özünəməxsus yeri olan bir Azərbaycan qadınıdır Mehriban xanım Əliyeva.

Dünya və biz... bu körpülərin, bağlantıların içində biz və azərbaycanlı qadını ştrixi bu gün daha qabarıq şəkildə özünü göstərməkdədir. Bütün aspektlərdə Mehriban xanım Əliyeva stabil düşüncə və yanaşma tərzi ilə ciddi bir siyasətçi xanımın aramızda olduğunu göstərməkdədir.

FUAD İSGƏNDƏROV

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi