Məktəbdə bıçaqlanan şagirdin son durumu açıqlanıb

Məktəbdə bıçaqlanan şagirdin son durumu açıqlanıb 

Siyəzən Rayon Təhsil Şöbəsi şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində şagirdin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən Report.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Qeyd olunub ki, dava zamanı IX sinif şagirdi X sinif şagirdini bel nahiyəsinə bıçaqla zərbə endirib: "Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub. Əməliyyatdan sonra şagird Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Bu gün üçün şagird ev şəraitində müalicəyə buraxılacaq".

Xatırladaq ki, xəsarət yetirən şagird barəsində Siyəzən Rayon Polis şöbəsində araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi