
Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan düzgün AÇIQLAMA
Məktəblərdə pul yığılmasına şərait yaradan valideynlərdir.
Faktinfo.az xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, müəllimin peşəsi layiqli vətəndaş yetişdirməkdir, bu amal uğrunda çalışan müəllim heç vaxt şagirdin, valideynin əlinə baxmaz:
“Belə direktorlar, müəllimlər var, amma buna da imkan yaradan valideynlərdir. Müəllimə hədiyyə vermək, dəstək göstərmək həmişə olub, amma bu, məcburi şəkildə həyata keçirilməyib.
Məktəb təlim-tərbiyə müəssisəsidir, hər kəs bura öz dəstəyini verməlidir. Ancaq direktorun, müəllimin uşaqdan pul istəməsi, hansısa əlamətdar günləri keçirmək bəhanəsi ilə vəsait toplaması müəllim adına yaraşmır. Biz bu məsələdə nazirliyi günahlandırmamalıyıq. Nazirlik dəfələrlə bildirib ki, məktəblərdə pul yığılması qanunsuzdur, yolverilməzdir”.












Bu xəbər üçün şərh yazın