Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilib

Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Milli Kitabxanada görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş yazıçı publisist Turan Uğurun qələmə aldığı “Tale şairi Məmməd İsmayıl” kitabının təqdimat mərasimi keçirilib.

18 mart tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yaradıcılığı haqqında yazıçı publisist Turan Uğurun qələmə aldığı “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində tanınmış elm, mədəniyyət xadimləri və Məmməd İsmayılın qızı İntizar xanım iştirak edib.

Milli Kitabxanadan Faktinfo.az-a verilən məlumatda bildirilir ki,qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov Azərbaycan poeziyasında xüsusi yeri olan istedadlı şair Məmməd İsmayıl haqqında öz təəssüratlarını bölüşüb. Əlavə edib ki, Məmməd İsmayılın 85 illik yubileyinin Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır.

Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri, tarix üzrə fəl.doktoru Akif Marifli Məmməd İsmayılı Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan bir şair- yazıçı olduğunu vurğulayıb.

Tədbirdə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Nizami adına Ədəbiyyat institutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Milli Ensiklopediyası birliyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, Milli İrsi Mədəni Tarixi Araşdırılmaları Fondunun icraçı direktoru Əsəd Aslanoğlu, Məmməd İsmayılın qızı İntizar xanım, kitabın müəllifi Turan Uğur xatirə-roman janrında yazılan kitabın əhəmiyyətindən, Məmməd İsmayılın ədəbi-bədii yaradıcılığından, elmi fəaliyyətində bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

Tədbir əsnasında Məmməd İsmayılın şeirləri səsləndirilib,  yazıçı şair haqqında video-roliklər göstərilib.

Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilibMəmməd İsmayılın yaradıcılığına həsr olunmuş "Tale şairi Məmməd İsmayıl" kitabının təqdimat mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi