Məmurları izləmək üçün gizli kameradan daha yaxşı vasitə var

Məmurları izləmək üçün gizli kameradan daha yaxşı vasitə var – Ekspertdən təklif

“Əgər icra başçıları korrupsiya, rüşvət ittihamı ilə həbs edilirsə, kütləvi şəkildə bütün vəzifəli şəxslərin xidməti otaqlarına kameralar yerləşdirməkdən daha mükəmməl mexanizm var.

Həm də bu mexanizm selektiv yanaşmır, istənilən məmurun fəaliyyətini, həyat tərzini izləməyə imkan verir, korrupsioner olub-olmadığını, xırda rüşvətxor, yoxsa iri korrupsioner olduğunu dərhal aşkarlamağa imkan verir”.

Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib. Ekspert təklif edib ki, vəzifəli şəxslərin xərclərinin və aktivlərinin onların gəlirlərinə uyğunluğunun izlənməsinə dair işək mexanizmlər qəbul edilməli, uyğunsuzluq aşkarlındıqda onları əmlakının dərhal konfiskasiyasını nəzərdə tutmalıdır. 

R. Ağayev qeyd edib ki, bütün məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır:“Ailəsinin və özünün xərcləri və sahub olduqları sərvətlər ailənin rəsmi gəlirlərini üstələdiyi an prokurorluq orqanları təqdimat gözləmədən araşdırma, zərurət yarandıqda istintintaq başlamaqla bağlı müstəsna səlahiyyətlər qazanmalıdır”./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi