Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib - YENİLƏNİB (FOTOLAR)

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib - YENİLƏNİB (FOTOLAR) 

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi başa çatıb.

Report.az-ın xəbərinə görə, mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

O, bu gün torpağa tapşırılacaq.

***

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir.

Vida mərasimi mərhumun yaşadığı "Jurnalistlər binası"nın qarşısında baş tutur.

Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi daha sonra dəfn olunmaq üçün Lənkəran şəhərinə aparılacaq.

Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib.

Onun nəşi əvvəlcə Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılaraq orada yuyulacaq.

Daha sonra isə "Jurnalistlər binası"nın qarşısında Q.İbrahimli ilə vida mərasimi keçiriləcək.

Vida mərasimində sonra o, Lənkəran şəhərinə aparılaraq orada dəfn ediləcək.

























Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər