Məşhur futbolçu yol qəzasında öldü

Məşhur futbolçu yol qəzasında öldü — FOTO/VİDEO

İspaniya milli komandasının sabiq futbolçusu, 36 yaşlı Jose Antonio Reyes avtomobil qəzasında dünyasın dəyişib.

Faktinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb. 


"Bizim sevimli ulduzumuz José Antonio Reyes yol qəzasında vəfat edib. Qəbri nurla dolsun."

 
Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi