Məşhur həkim: "Həkimlər də insandır,məsuliyyətiniz olsun"

Məşhur həkim: "Həkimlər də insandır,məsuliyyətiniz olsun" 

"Ay millət, maska geyinin. Xəstəlik qətiyyən azalmayıb".

Bunu Demokrat.az-a açıqlamasında məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

 

Həkim daha sonra bunları vurğulayıb:


"Hər günə 100 yoluxma varsa, demək gündə ən azı 10 nəfər reanimasiyadadır. Reanimasiyanı, oradakı xəstələrin zülmünü, necə əziyyət çəkdiklrəini, həyat üçün, oksigen üçün necə çarpışdıqlarını görsəniz, 2 dənə N95 maskasını üst-üstə geyinərsiniz, insanlardan 10 metr aralı gəzərsiniz. O xəstələri biz çəkib bura qoya bilmərik, etik deyil. Amma bilin ki, bu, bir bəladır, bu, bir dəhşətdir. Ciddiyə alın. Həkimlər də insandır, hətta fiziki olaraq da gücümüz tükənuib. Məsuliyyətiniz olsun".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər