Messi uğurlu zərbələrinin sirrini AÇIQLADI

Messi uğurlu zərbələrinin sirrini AÇIQLADI 

"Barselona"nın ulduzu Lionel Messi cərimə zərbələrini dəqiq yerinə yetirməsinin sirrini açıqlayıb.

Forvard bunun səbəbini rəqib qapıçıların öyrənilməsinə böyük vaxt sərf etməsi ilə əlaqələndirib:

"Mən onların hərəkətlərinə diqqət yetirirəm. Baxıram ki, o, addım atırmı və ya əksinə. Canlı səddin necə qurulduğunu nəzərdən keçirirəm. İndi mən belə halları daha çox öyrənirəm. Bunların hamısı məşqlərdə gərgin iş nəticəsində mümkün olub".

Qeyd edək ki, bu mövsüm Lionel Messi İspaniya La Liqasında 13 oyuna 13 qol vurub və 6 məhsuldar ötürmə verib. 18 turdan sonra "Barselona" 39 xalla liderdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi