"Mətbuata səhv məlumat verilib"

"Mətbuata səhv məlumat verilib" - Bəxtiyar Hacıyev MSK-nın iclasından danışdı

"Mətbuata əvvəlcədən hazır məlumat verilib. İclasda başqa cür oldu".

Bunu 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev öz feyzbuk səhifəsində yazıb. O bildirib ki, MSK 6 məntəqənin ləğv edilməsi üçün təklif versə də razı olmayıblar: "MSK qərar vermədi 29-la baglı. Mətbuat səhv məlumat yayıb. 6 məntəqə ləğvi təklif olundu, razılaşmadıq, əlavə sübutları təqdim etdik. Onlar da araşdırılacaq. Qərar sonra olacaq".
Qeyd edək ki, MSK-nın 29 saylı Səbail seçki dairəsində 1,5,9,11,17,25 saylı məntəqələrin nəticələrinin ləğv etməsi ilə bağlı qərar qəbul etməsi haqqında ölkə mətbuatı məlumat yayıb. /Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi