
Mətbuata sızan məlumat bankın bağlanmasına səbəb oldu
ABŞ-da bankda yaranan böhranlı vəziyyət Nyu-York birjasında səhmlərin kəskin aşağı düşməsinə səbəb olub.
"Silicon Valley Bank"ında yaranmış problemlər çərşənbə günü məlum olub.Federal Ehtiyat Sisteminin(FED) uçot dərəcəsini artırmasından sonra bankda əmanətçilərin pulları dövlət istiqrazlarında saxlanıb.Bu da böyük itkilərə gətirib çıxarıb.
Faktinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, itkilərin konpensasiya edilməsi məqsədilə Bank rəhbərliyi əlavə səhm emissiyasını həyata keçirməyə çalışsa da, mətbuata sızan məlumat əmanətçilər arasında panika yaradıb.Vəziyyət idarəolunmaz hala gəlib və əmantçilər təşvişə düşərək pullarını kütləvi şəkildə geri çəkiblər.Nəticədə,bir həftə çəkən böhranlı vəziyyətdən sonra bank rəhbərliyi "Silicon Valley Bank"ın bağlandığını elan edib.
Qeyd edək ki,"Silicon Valley Bank"ın 200 milyard dollara yaxın aktivinin olduğu bildirilir.
Bu xəbər üçün şərh yazın